– Radyofrekans nedir?

Konxa (Burun əti-Burun balıqqulağı ) kiçildilməsində radiofrekans üsulu
Alt burun ətlərinin böyüməsinə bağlı olaraq əmələ gələn və əsasəndə gecələr daha çox şikayətə səbəb olan burun tutulmalarının müalicəsində burun ətlərinin lazım olduğu qədər kiçildilməsi fərqli üsullar ilə həyata keçirilə bilər.Günümüzdə ən çox istifadə olunan və effektiv üsül olan radiofrekans üsuludur.Burun balıqqulaqlarının selikli qişa altı yumuşaq toxumalar içərisinə xüsusi cihaz olan radiofrekans enerjisi verilməsi toxumalarda əmələ gələn istilik ilə büzüşmə və sərtləşmə ilə sağalma prinsiblərinə əsaslanır.Bu işləm zamanı burun ətində kəsilmə olmadığı üçün qanama olmur və tampon qoymağa ehtiyac qalmır.Bu əməliyyat xəstənin istəyinə bağlı yerli və ya ümumi anesteziya altında həyata keçirilir.
Nəticə nə zaman əldə etmək olur?
Bu işləm icra olunduqdan 25-30 gün sonra,yara yerləri tam sağaldıqdan sonra xəstə nəticə əldə edə bilər.Sağalma sırasında burunda tutulmaların görülmesi normaldır

– Yenidən böyümə ola bilərmi?

Radiofrekans effektiv üsul olmasına baxmayaraq nadir hallarda bəzi allergik rinit,vazomator riniti olan xəstələrdə yenidən təkrarlaya bilər
Əməliyyat sonrası…
Əməliyyat günü evə gedə bilərsiniz
Əməliyyat sonrası ağrı olmaz və ya az miqdarda olar
Həmin gün və ya sabahı gün normal yaşamınıza qayıda
bilər,dərsə,işinizə gedə bilərsiniz
Əməliyyat sonrasi yemək yemədə məhdudiyyət yoxdur
Xəstəxana sonrası istədiyiniz zaman duş qəbul edə
bilərsiniz(Yalnız su çox isti olmamaq şəti ilə)
2 həftə ərzində tütün məmulatlarından istifadə etmək olmaz
Xarici burunda şişlik və ya hər hansı dəyişiklik olmaz
Bir neçə gün sərt burun fınxırmadan uzaq durmaq lazımdır
2 həftə ərzində su hovuzundan istifadə etmək
olmaz(infeksiya riski səbəbi ilə)
Əməliyyat sonrası çəhrayı rəngli burun axıntısinın gəlməsi normaldır