BURUN ÇƏPƏR ƏYRİLİYİNİN NƏDİR?

Burun arakəsməsi burun boşluğunu ortadan ikiyə bölən bir divardır. Septumun ön hissəsi sağlam ancaq büküləbilən qığırdaqdan, arxa hissəsi isə sümükdən ibarətdir. Normal halda septumun orta xəttə olması sağ və sol burun boşluqlarının eyni genişlikdə olması gərəklidir. İnsanların 80%-ində septum tam olaraq orta xəttə deyil və bu hər hansı bir şikayətə səbəb olmadığı kimi sağlıq problemi də yaratmır. Bəzən septum orta xəttən çox kənarlaşmış olur və buna burun çəpər əyriliyi deyilir. Burun çəpər əyriliyinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Nadir hallarda uşaqlar anadangəlmə burun çəpər əyriliyi ilə doğulurlar. Bəzən də septum uşağın doğum kanalından keçmə zamanı əyilir. Burun çəpər əyriliyi böyümə dövründə sümük və qığırdaq hissələrinin fərqli sürətlə inkişafı nəticəsində meydana çıxa bilər.
Burun çəpər əyriliyinin əlamətləri nələrdir?
Burun çəpər əyriliyinin ən çox rast gəlinən əlamətləri nəfəsalma zəifliyidir. Burun tutqunluğu əsasən septumun əyri olduğu tərəfədir, ancaq hər iki tərəfdə dəyişkən nəfəsalma çətinliyi hiss edilə bilər.Çəpər əyriliyi aşağıdakı problemlərə səbəb ola bilər:
1. Tək və ya ikitərəfli burun tutkunluğu
2. Təkrarlanan burun qanaxmaları
3. Təkrarlanan sinusit
4. Bəzən üz bölgəsində ağrı, baş ağrısı, gəniz axıntısı
5. Yuxuda səsli nəfəsalma (əsasən uşaqlarda)
Yüngül dərəcəli burun çəpər əyriliyi olan bəzi şəxslərdə əlamətlər ancaq soyuqdəymə zamanı meydana çıxır.

– XRONİKİ TONZİLLİT

Xroniki tonzillit ümumi infeksiyon xəstəlik olub damaq badamcıqlarında lokallaşmış xroniki infeksiyon ocaqlarla xarakterizə olunur. Periodik olaraq angina şəklində kəskinləşmələr müşahidə edilir. Daxili və xarici mühitin əlverişsiz faktorlarının təsirindən orqanizmin müqaviməti aşağı düşür. Nəticədə badamcıq lakunalarında mikrofloranın virulentliyi və patogenliyi artaraq badamcıqların xroniki iltihabına və anginaya səbəb olur. Xroniki tonzillitin əsas əlaməti anamnezdə tez-tez anginaların olmasıdır. Xroniki tonzillit diaqnozunu kəskinləşmə dövründə qoymaq düzgün deyil. Anginada 2-3 həftə sonra damaq badamcıqlarının xroniki iltihabı əlamətlərini obyektiv qiymətləndirmək məqsədə uyğundur. Boğazın müayinəsi zamanı aşağıdakıları görmək mümkündür:
1. Badamcıqların ölçücə böyüməsi və toxumaların gövşək olması
2. Damaq qövslərinin hiperemiyası və ödemi
3. Badamcıq lakunalarında tıxacların olması
4. Ağızdan pis qoxunun gəlməsi
Bununla yanaşı xəstələrdə tez yorulma, solğunluq, baş ağrısı, subfebril hərarət şikayətləri də olur. Xroniki tonzillit zamanı regionar limfa düyünlərinin böyüməsi də müşahidə edilir. Xroniki tonzillitin konservativ müalicəsinin əsasını badamcıqlara yerli təsir və ümumi möhkəmləndirici terapiya təşkil edir. Yerli terapiya üçün bir neçə metoddan istifadə edilir:

– ADENOİD NƏDİR?

Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir.
Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.

– SİNUSİT NƏDİR?

Burunətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cür olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması üçüzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.

– HAYMORİTİN

Haymor cibləri – əng sümüyünün boşluqlarıdır. Həmin ciblər göz yuvası, burun və ağız boşluqları arasında yerləşir və burun boşluğu ilə sağ və sol keçəcəklər vasitəsilə birləşir.
Haymor ciblərinin daxili sümük divarları selikli qişa ilə örtülmüşdür. Burada əmələ gələn selik keçəcəklər vasitəsilə burun boşluğuna ifraz olunur. Həmin seliklə birlikdə haymor cibindən mikroorganizmlər, toz və s. xaric edilir.
Haymor cibinə burundan və ya qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır. Bu proseslərin nəticəsində buraya oksigenin daxil olması da çətinləşir. Beləliklə, patogen mikrobların inkişafı üçün münbit şərait yaranır. Haymor cibində toplanan selik qatı irinə çevrilir, daxildə təzyiq artır və bu nahiyədə ağrılar meydana gəlir. Xəstəliyin törədicilərinin ifraz etdiyi toksinlərin qana işləməsi organizmin ümumi intoksikasiyası simptomlarını əmələ gətirir – baş ağrısı, iştahasızlıq, halsızlıq.
Haymor cibində toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin müxtəlif ağır fəsadlaşmalarına səbəb olur.